İlham Əliyev Xızıda olub

İlham Əliyev Xızıda olub

19 İyul 2011 14:28
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev Xızı şəhərinin mərkəzində salınmış Heydər Əliyev adına parkda ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib, sonra bina ilə tanış olub. Prezidentə məlumat verilib ki, Mərkəzin tikintisinə bu ilin mayında başlanılıb. Mərkəzdə 90 nəfərlik akt zalı, konfrans zalı, müasir avadanlıqla təchiz olunmuş xidməti otaqları var.

Mərkəzin kitabxanasında Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın dünya oftalmologiya elminə verdiyi töhfələrdən, prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən nəşrlər var. Dövlət başçısı Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.

Könül Aypara

O.M.