Minsk qrupunun üzvləri xarici işlər nazirləri ilə Nyu-Yorkda görüşəcək

Minsk qrupunun üzvləri xarici işlər nazirləri ilə Nyu-Yorkda görüşəcək

24 Sentyabr 2015 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüşü olacaq.

apa-nın məlumatına görə, bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb. "Biz məhsuldar danışıqların olacağını gözləyirik" - deyə, o qeyd edib.

Xatırladaq ki, həmsədrlər əvvəlcə hər iki ölkənin xarici işlər nazirləri ilə ayrılıqda, daha sonra isə birlikdə görüşəcəklər.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 23-də Nyu-Yorka yola düşüb. O, həmçinin BMT Baş Assambleyasının sessiyasında iştirak edəcək.

Mediainfo.az