Əfqanıstanda NATO əsgəri öldürülüb
Əfqanıstanda silahlı hücum nəticəsində NATO əsgəri öldürülüb.
Apa-nın məlumatına görə, bu barədə "Associated Press"in NATO-ya istinadən yaydığı xəbərdə deyilir.
Hadisə sentyabrın 22-də ölkənin şərqində, paytaxtdan 50 km aralıda yerləşən hərbi baza yaxınlığında baş verib. Hücumun təfərrüatları açıqlanmasa da, "Taliban" hərəkatı sosial şəbəkələrdə bəyanat yayaraq məsuliyyəti öz üzərinə götürüb.
Mediainfo.az
Digər xəbərlər