Ermənilər Azərbaycandan kompensasiya istəyir

Ermənilər Azərbaycandan kompensasiya istəyir

19 İyul 2011 11:49
Bəyəndim (0) Bəyənmədim (0)

"The Washington Post" qəzeti Dağlıq Qarabağdan üçüncü reportajını dərc edib. Məqalədə deyilir ki, Cənubi Qafqazda tanınmamış respublika olan Dağlıq Qarabağın keçmiş müdafiə naziri Arman Meliqyan sərhəddəki torpaqlar Azərbaycandan qaçmış ermənilərə təklif olunmasını təklif edir. Bununla da onların Azərbaycandakı mülkləri kompensasiya edirlər. Məqalədə bir neçə erməni rəsmisinin fikirləri də öz əksini tapıb. Onlar Azərbaycanın ermənilərə Bakıda qoyub getdiyi evləri üçün kompensasiyaların ödənilməsini vacib sayırlar. Qeyd edək ki, "The Washington Post"dakı bu və bundan əvvəlki iki məqalə də Böhran Reportyorluğu üzrə Pulitzer Mərkəzinin əməkdaşlığı ilə hazırlanıb.

Qışqıra-qışqıra danışmaq bu xalqın xəstəliyidir. Özgə millətləri də özlərinin xeyrinə qışqırmağa, yalan informasiya yaymağa cəlb edə bilirlər. (Jemçuynikov, yazıçı)

Tofiq Əliyev

O.M.