Müdafiə naziri İsrail səfiri ilə görüşdü

Müdafiə naziri İsrail səfiri ilə görüşdü

22 Sentyabr 2015 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Sentyabrın 22-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb.

Müdafiə Nazirliyinin saytı xəbər verir ki, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən Müdafiə naziri ona Azərbaycan ilə İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Mediainfo.az