Rusiya FTX: “İŞİD sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür”

Rusiya FTX: “İŞİD sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür”

18 Sentyabr 2015 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

"İslam Dövləti" terror qruplaşması sıralarında 2,4 min Rusiya vətəndaşı döyüşür".

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) direktorunun birinci müavini, ordu generalı Sergey Smirnov bildirib.

Onun sözlərinə görə, FTX-nın məlumatlarına əsasən, "İslam Dövləti" terror qruplaşması tərkibində Rusiya vətəndaşları ilə yanaşı Orta Asiya ölkələrinin 3 minədək vətəndaşı döyüşür.

Mediainfo.az