BMT-dən Türkiyəyə təşəkkür gəldi
BMT baş katibi Pan Gi Mun, Suriyalı qaçqınların Macarıstan və Serbiyada polis tərfindən döyülməsini kəskin şəkildə pisləyib.
Avropa.info xəbər verir ki, Suriyada müharibədən qaçan vətəndaşlara hər cür dəstəyin verilməsinin lazım olduğunu qeyd edən Pan Gi Mun, Avropa ölkələrinə bu problemə həssalıqla yanaşmağı tövsiyyə edib.
"Özünüzü onların yerinə qoyun. Bombaları və vəhşiliklə üz-üzə olan Suriyalılar öz ölkələrindən qaçıb başqa ölkələrə sığınmağa davam edəcək. Ölkəsində bütün ümidləri kəsənlər başqa yerlərdə yaşamaq haqqında düşünürlər . Bu çox təbiidir . Biz də belə bir şeylə qarşılaşsaq özümüz və uşaqlarımız üçün eyni şeyi edəcəyik. Qaçqın və köçkünlərin Macarıstan və Serbiyada məruz qaldığı rəftar səbəbindən şok oldum. Bu qəbul edilə bilməz. Bütün ölkələrin öz problemləri var, ancaq müharibə və işgəncədən qaçan insanlara şəfqətlə yanaşılmalı və bəşəriyyət ləyaqətlərinə hörmət göstərilməlidir."
BMT baş katibi suriyalıları qəbul edən Türkiyəyə təşəkkür etməyi də unutmayıb.
Mediainfo.az