Nazirlərin növbəti görüşünün tarixi məlum olub

Nazirlərin növbəti görüşünün tarixi məlum olub

16 Sentyabr 2015 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Elmar Məmmədyarov: "Nyu-Yorkda baş tutacaq görüşdən əvvəl XİN başçıları həmsədrlərlə bir araya gələcək"

"Sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq".

Apa-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrıca görüşəcək: "Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağı bu bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergey Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. RusiyaATƏT-in Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə alaq, amma əvvəldən demək çətindir".

Mediainfo.az