Azərbaycan Aİ ilə danışıqları təxirə saldı

Azərbaycan Aİ ilə danışıqları təxirə saldı

11 Sentyabr 2015 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

XİN məsələ ilə bağlı açıqlama yayıb

Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Açıqlamada deyilir: "Avropa Parlamentinin 10 sentyabr 2015-ci il tarixində Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnaməsinə görə Azərbaycan ilə Avropa İttifaqı arasında Strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması üçün gələn həftə Azərbaycana gəlməsi nəzərdə tutulan Avropa İttifaqı Komissiyasının nümayəndə heyətinin səfəri Azərbaycan tərəfindən təxirə salınır. Ümumiyyətlə, anti-Azərbaycan və anti-İslam meyllərin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik".

Mediainfo.az