DSX sədri Türkiyə səfiri ilə görüşüb - FOTO

DSX sədri Türkiyə səfiri ilə görüşüb - FOTO

11 Sentyabr 2015 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev bu gün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib.

Xidmətin mətbuat mərkəzindən Apa-ya verilən məlumata görə, görüşdə Alper Coşkun ölkəsinin Azərbaycanda yeni təyin olunmuş hərbi attaşesi, general-mayor İhsan Başbozkurtu təqdim edib.

DSX rəisi hərbi attaşeni yeni təyinatı ilə əlaqədar təbrik edib və Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Respublikasının DSX arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Söhbət əsnasında Azərbaycan DSX ilə Türkiyə Respublikasının Silahlı Qüvvələri arasında ikitərəfli əlaqələrin vəziyyəti yüksək qiymətləndirilib və gələcək əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüş zamanı DSX-nin rəisi həmçinin Türkiyədə son zamanlar törədilmiş terror aktları nəticəsində çoxsaylı hərbçilərin şəhid olması və yaralanması xəbərinə dərindən kədərləndiyini bildirib, baş vermiş hadisələrlə əlaqədar dərin hüznlə baş sağlığı verdiyini, ya ralananların tezliklə sağalmasını dilədiyini vurğulayıb.

Mediainfo.az