Putinlə Obamanın görüşü planlaşdırılmır

Putinlə Obamanın görüşü planlaşdırılmır

10 Sentyabr 2015 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

"Rusiya və ABŞ prezidentlərinin BMT Baş Assambleyasının iclası çərçivəsində görüşü hələlik planlaşdırılmır. Vaşinqton belə bir təşəbbüslə çıxış etməyib".

Apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Qrafikdə belə görüş hələlik yoxdur. Əlbəttə ki, tərəflər iş qrafikinin uyğunluğunu nəzərdən keçirirlər. Əgər hər hansı bir təşəbbüs olsa, o zaman konkret iş görüləcək. Hələlik belə görüş planlaşdırılmayıb", - deyə o qeyd edib.

Kremlin mətbuat xidmətinin rəhbəri Ağ evdən prezidentlərin görüşünün keçirilməsi ilə bağlı təklifin gəlmədiyini də vurğulayıb.

Mediainfo.az