
Baş nazir: “Əməliyyatlarda ciddi nəticələr əldə olunub”
"Terrorla mübarizədə qətiyyətimiz hər kəs tərəfindən bilinməlidir".
"Milliyet.com.tr" saytının verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməıd Davudoğlu Ankarada Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birlikdə keçirdiyi mətbuat konfransında deyib.
Ə. Davudoğlu Türkiyənin son iki gündə İraqın şimalında PKK terrorçularına qarşı keçirdiyi əməliyyatların ciddi nəticələr verdiyini bildirib: "Dünən və bu gün Quzey İraqda da hava əməliyyatları davam edib və çox təsirli nəticələr əldə olunub".
Baş nazir miqrant probleminə də toxunaraq qeyd edib ki, bu məsələyə təxirə salınmadan baxılmalıdır.
Mediainfo.az
Digər xəbərlər