
Rusiya Ukrayna ilə sərhəddə hərbi baza tikir
Rusiya Ukrayna ilə sərhəddə hərbi bazanın tikintisinə başlayır. Apa-nın xəbərinə görə, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, Rusiyanın dövlət qulluğu portalında bununla bağlı tender elan olunub. Bildirilir ki, 300 hektarlıq ərazini əhatə edəcək hərbi bazada 3,5 min hərbi qulluqçu üçün 9 yaşayış məntəqəsi tikiləcək.
Rusiya MN-dən isə məsələ ilə bağlı hələlik heç bir şərh verilməyib.
Mediainfo.az
Digər xəbərlər