Lindsi Qrem: "Suriyada İŞİD-ə qarşı müqavimət göstərmək üçün çox az sayda könüllü var"
Respublikaçılar partiyasının senatoru Lindsi Qrem Sputnika agentliyinə müsahibəsində Pentaqonun Qərbə loyal Suriya müxalifəti hazırlamaq planını iflas adlandırıb.
Avropa.info xəbər verir ki, ABŞ iki ay ərzində İŞİD-lə döyüşmək üçün 60 suriyalı döyüşçü hazırlayıb. Qremin bildirdiyinə görə, Suriyada İŞİD-ə qarşı müqavimət göstərmək üçün çox az sayda könüllü var.
CBS kanalının əldə etdiyi məlumata görə, Pentaqon müxaliflərin hazırlığına 42 milyon dollar sərf edib. Amerika standartları ilə yoxlamadan 7 min könüllü keçib. ABŞ daha əvvəl bəyan etmişdi ki, Türkiyə, Qətər, İordaniya, Səudiyyə Ərəbistanındakı bazalarında hər il 5 min könüllü hazırlayır.
2011-ci ilin martından bu günədək Suriyada ölənlərin sayı 220 min nəfərə çatıb.
Mediainfo.az














.jpg)




.jpg)

.jpg)














.jpg)






.jpg)



















































