Fransa telekanalında Azərbaycan hökuməti təhqir olunub

Fransa telekanalında Azərbaycan hökuməti təhqir olunub

10 Sentyabr 2015 12:57
Bəyəndim (0) Bəyənmədim (0)
Vəkil: " Azərbaycan bu ittihamlara dözmək fikrində deyil, buna görə də ona şər atanları məhkəməyə vermək qərarına gəlib”

"Frans press" agentliyi məlumat yayıb ki, Azərbaycan Fransanı məhkəməyə verir. .

Belə ki, Azərbaycanın fransız vəkili Prado Olivyes agentliyə bildirib ki, sentyabrın 8-də telekanal "Cash İnvestigation" proqramında Fransa prezidenti Ollandın 2014-cü ildə Azərbaycana səfərinə həsr olunmuş süjet hazırlayıb.

"Verilişdə qərəzli mövqe yer alıb və bütün proqram ərzində Azərbaycan rəhbərliyi təhqir olunub. Lakin ittihamların təsdiqi üçün heç bir sübut irəli sürülməyib. Telekanal Azərbaycan rəhbərliyini qərəzli şəkildə ittiham edib. Halbuki diktatorlar Avropa Şurasında iştirak etmir, ölüm cəzası tətbiq edir və interneti ləğv edirlər. Azərbaycan bu ittihamlara dözmək fikrində deyil, buna görə də ona şər atanları məhkəməyə vermək qərarına gəlib", - deyə fransalı vəkil qeyd edib.

Mediainfo.az