"Ümumrusiya Azərbaycan Konqresi"ndə (ÜAK) yeni təyinat

"Ümumrusiya Azərbaycan Konqresi"ndə (ÜAK) yeni təyinat

8 Sentyabr 2015 17:09
Bəyəndim (0) Bəyənmədim (0)

MOSKVA, RF. "Ümumrusiya Azərbaycan Konqresi"ndə (ÜAK) Moskva nümayəndəliyinə yeni icraçı direktoru təyin olunub. Qeyd edək ki, bu vəzifə bir ildən çox idi ki, icrasız qalmışdı.
Ş.Tağıyev əvvəllər ÜAK-ın nəzdindəki gənclər təşkilatının tərkibində çalışıb. Sonra Azərbaycan Mədəniyyətinin İntibah və İnkişaf fondunun təsisçisi kimi ictimai fəaliyyətini davam etdirib. Fondun rəhbəri Rusiya Federasiyasında yaxış tanınır. Belə ki, fəaliyyət göstərən Rusiya Azərbaycan Gənclər Birliyi, "Şəhriyar" ədəbi bədii cəmiyyəti, "Azərbaycan Slavyan gənclər birliyi"nin Rusiya nümayəndəliyi,"Əhli-Beyt" islam cəmiyyəti, "AmorNews" informasiya partalı, "İnterAz" televizyası və digər Azərbycan diaspor təşkilatları ilə yanaşı, çoxmillətli Rusiyada digər diaspor təşkilatları ilə də yaxından əməkdaşlıq edir.
Azərbaycan mədəniyyətinin Rusiya məktəblərində təbliği, AMİİ - fondunun tərkibində bazar günü məktəblərinin təşkili və Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, Rus dili və başqa fənlərin tədrisi, "Müstəqillik Kuboku" futbol turnirinin təşkilatçısı kimi çıxış edən Şamil Tağıyev Azərbaycan mədəniyyətinin, tarixinin Rusiya Federasiyasında yayılmasında və tanınmasında daha onlarla layihə və görüşün təşəbbüskarı olub.
Şamil Tağıyev 14 iyul 1986 - cı ildə Azərbaycanın qədim Gəncə şəhərində anadan olub. ali təhsilini Moskvada alıb. İxtisasca hüquqşünasdır.
Əlihüseyn ŞÜKÜROV