Səfir müavini Naxçıvanda səfərdədir

Səfir müavini Naxçıvanda səfərdədir

8 Sentyabr 2015 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini Stefen MakKormik bu gün Naxçıvan Muxtar Respublikasına səfər edib. Apa-nın məlumatına görə, bu barədə səfirliyin rəsmi "facebook" səhifəsində məlumat yer alıb. Bildirilir ki, səfərin məqsədi regionla tanışlıq və seçki qabağı mühiti öyrənməkdir. Səfər çərçivəsində MakKormik yerli hakimiyyət orqanları, siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Mediainfo.az