PKK-nın girov götürdüyü 20 gömrükçü sərbəst buraxılıb

PKK-nın girov götürdüyü 20 gömrükçü sərbəst buraxılıb

8 Sentyabr 2015 14:27
Bəyəndim (0) Bəyənmədim (0)

Avqust ayında Türkiyənin Van və Hakkari vilayətlərində PKK tərəfindən girov götürülən 20 gömrük əməkdaşı İraqın şimalında sərbəst buraxılıb.

Apa-nın "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, gömrükçülərin bu gün Habur sərhəd qapısından Türkiyəyə daxil olacağı gözlənilir.

Girovlar ailələrinin Diyarbəkirdəki İnsan Haqlar Dərnəyinə müraciətindən sonra dərnək nümayəndələrinin PKK terrorçuları ilə təmas qurması nəticəsində buraxılıb.

Qeyd edək ki, gömrük işçiləri avqust ayının 10-da və 21-də girov götürülüblər.

Mediainfo.az