Hüsnü Mübarək sağ və salamatdır

Hüsnü Mübarək sağ və salamatdır

18 İyul 2011 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında sizlərə Misirin eks lideri Hüsnü Mübarəkin komaya düşdüyünü xəbər vermişdik. Onun vəkilləri liderin iflic olaraq, komaya düşdüyünü iddia etdilər. Vəkillərin bu sözlərini təkzib edən həkimlər onları yalanladı. Onlar eks liderin sadəcə təzyiq problemi yaşadığını və səhhətində problem olmadığını açıqladılar. Şarm-əl Şeyxdəki klinikada qalan Mübarək üsyançıları öldürtdüyünə görə həbs olunub. İki həftə sonra o, məhkəmə qarşısına çıxarılacaq. Təxminən bir həftədir üsyançılar bu məhkəmənin xalqa açıq şəkildə keçirilməsi üçün Qahirənin "Təhrir" meydanında düşərgə salıblar.

Mübarəkdən "mübarək" xəbər.

Günel Həbib

O.M.