
Qüdrət Həsənquliyev ABŞ səfiri ilə görüşüb
ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mərkəzi mənzil qərargahında partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevlə görüşüb.
Partiyadan verilən məlumata görə, görüşdə Azərbaycan ərazilərinin Ermənistanın tərəfindən işğalı nəticəsində yaranmış münaqişənin tənzimlənməsi, ictimai-siyasi vəziyyət və seçki öncəsi durum barədə müzakirə aparılıb.
Mediainfo.az
Digər xəbərlər