Putin və Obama müzakirə aparıblar

Putin və Obama müzakirə aparıblar

4 Sentyabr 2015 15:14
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya prezidenti V.Putin və ABŞ prezidentiB.Obama beynəlxalq antiterror koalisiyanın yaradılması məsələsini müzakirə ediblər.

"RİA Novosti"nin verdiyi xəbərə görə, bu barədə Putin bəyan edib.
"Biz müəyyən addımlar atırıq və bunu açıq şəkildə edirik. Əgər sizi detallar maraqlandırırsa, mən deyə bilərəm ki, biz həqiqətən də terrorizm və ekstremizmlə beynəlxalq mübarizə koalisiyası yaratmağı nəzərdə tuturuq. Bu məqsədlə də biz amerikalı tərəfdaşlarımızla müzakirələri davam etdiririk. Mən şəxsən bu məsələ ilə bağlı ABŞ prezidenti, Türkiyə prezidenti, Səudiyyə Ərəbistanı rəhbərliyi, İordaniya kralı, Misir prezidenti və digər tərəfdaşlarımızla danışmışam", - deyə Putin söyləyib

Mediainfo.az