Tacikistanda toqquşmalarda 7 milis ölüb

Tacikistanda toqquşmalarda 7 milis ölüb

4 Sentyabr 2015 15:06
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistanda 2 silahlı dəstə ilə atışma zamanı 7 milis əməkdaşı ölüb. TASS-ın verdiyi məlumata görə, hadisələrdən biri ötən gecə paytaxt Düşənbə yaxınlındakı Vəhdət şəhərində baş verib.

Silahlı dəstənin Şəhər Milis İdarəsinə hücumu nəticəsində 4 milis əməkdaşı həlak olub. Milis cavab atəşi açıb, dəstənin rəhbərləri zərərsizləşdirilib. Hücum edənlərdən daha 4 nəfər isə yaralanıb.

Düşənbə şəhərindəki ikinci hücum zamanı isə 2 OMON işçisi və bir yol milisi əməkdaşı ölüb. Hələlik hadisə rəsmən təsdiq olunmayıb.

Hazırda Düşənbə şəhərində əlavə blokpostlar qurulub. Paytaxtın bütün ictimai binalarının, o cümlədən şəhərə girişin mühafizə sistemi gücləndirilib.

Mediainfo.az