Kaspşik narahatdır

Kaspşik narahatdır

3 Sentyabr 2015 14:14
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan sentyabrın 2-də ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.

Apa-nın "armenpress.com"a istinadən verdiyi xəbərə görə, görüşdə son vaxtlar Ermənistan-Azərbaycan sərhədində və Dağlıq Qarabağda, qoşunların təmas xəttində yaranan vəziyyət müzakirə olunub. Tərəflər atəşkəs rejiminin pozulması hallarının artması və iriçaplı silahlardan istifadə edilməsindən narahatlıqlarını bildiriblər. D. Tonoyan həmçinin 3-6 sentyabr tarixlərində keçiriləcək "Şant-2015" təlimlərinin məqsədləri və çərçivələri barədə məlumat verib.
Qeyd edək ki, A. Kaşpşik bu gün Dağlıq Qarabağ separatçılarının başçısı Saakyanla da görüşüb. O, sentyabrın 4-də təmas xəttində monitorinq keçirəcək.

Mediainfo.az