20 PKK terrorçusu məhv edildi

20 PKK terrorçusu məhv edildi

2 Sentyabr 2015 15:56
Bəyəndim (0) Bəyənmədim (0)

Türk Ordusuna məxsus F-16-ların Hakkari vilayətində PKK düşərgələrini bombalaması nəticəsində 20 terrorçu öldürülüb.

Bu barədə Türkiyə Baş Qərargah rəisliyinin yaydığı bəyanatda deyilir.

Bu gün səhər saatlarında Hakkari vilayətinin Şəmdinli rayonunda xidmətdə olan əsgərlər terrorçuların hücumuna məruz qalıb. Hadisə nəticəsində 1 əsgər şəhid olub, 2 hərbçi isə yaralanıb.

Hadisədən sonra dərhal bölgəyə iki F-16 qırıcısı göndərilib. PKK düşərgələrinin bombalanması nəticəsində 20 terrorçu öldürülüb.

Mediainfo.az