Türkiyədə daha 6 PKK terrorçusu məhv edilib

Türkiyədə daha 6 PKK terrorçusu məhv edilib

27 Avqust 2015 14:30
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin cənub-şərqindəki Bitlis vilayətinin Hizan rayonu ərazisində PKK terrorçuları yerli jandarma komandanlığını binasına hücum edib.

"Hürriyet"in verdiyi məlumata görə, hadisə avqustun 27-nə keçən gecə, yerli vaxtla saat 01.00 radələrində baş verib. Əsgərlərlə terrorçular arasındakı döyüşdə 4 hərbçi yaralanıb, 6 terrorçu məhv edilib. Yaralı əsgərlər helikopterlə xəstəxanaya çatdırılıb. Qaçan terrorçuları təqib etmə üçün əməliyyat başlayıb.

Mediainfo.az