Dövlət katibi: “ABŞ Rusiyaya münasibətdə siyasi kursunu dəyişməyə hazırlaşmır”
"ABŞ Rusiyaya qarşı hazırkı siyasi kursunu davam etdirəcək".
TASS agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland bildirib. O deyib ki, maraqların üst-üstə düşdüyü, beynəlxalq sistemdə qarşılıqlı əməkdaşlıq mümkün olduğu sahələrdə hər şey normaldır: "Biz Rusiyanın maraqlarına uyğun gəlmədiyi üçün beynəlxalq sistemi, BMT Nizamnaməsinin fundamental prinsip və qaydalarını dəyişməyə hazır deyilik. Lakin yenə əvvəllər birgə çalışdığımız sahələrdə əməkdaşlığı davam etdirəcəyik".
V. Nuland BMT Baş Assambleyasının sentyabrda Nyu Yorkda keçiriləcək 70-ci sessiyasında Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obamanıın görüşə biləcəyini istisna etməyib. Eyni zamanda, diplomat mümkün görüş barədə hələlik rəsmi açıqlama olmadığını qeyd edib.
Mediainfo.az
































































































