ADP parlament seçkilərinə təkbaşına qatılacaq

ADP parlament seçkilərinə təkbaşına qatılacaq

25 Avqust 2015 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Demokrat Partiyası parlament seçkilərində təkbaşına iştirak edəcək.

Bu barədə partiyanın İdarə Heyətinin toplantısındaqərar verilib.

Qarşıdan gələn parlament seçkilərinə dair məsələni müzakirə edən İdarə Heyətində ADP -nin seçkidə koalisiya şəklində iştirakla bağlı səylər göstərdiyi, müxalifətin mümkün seçki blokunun alınmaması qeyd edilib. Partiyanın seçkidə təkbaşına iştirakı ilə əlaqədar ilkin qərar verilib və ADP-nin mərkəzi seçki qərargahı yaradılması (MSQ) qərara alınıb. Qərarda partiya İdarə Heyətinin tam tərkibdə MSQ-nın tərkibinə daxil edilməsi və seçki dövründə partiya adından qərarların verilməsi səlahiyyətinin bu quruma verilməsi qeyd edilir. MSQ-nın ilk iclası 26 avqusta təyin edilib.

Mediainfo.az