Qəddafinin üz tutacağı ölkələr

Qəddafinin üz tutacağı ölkələr

15 İyul 2011 17:01
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya lideri Müəmmar Qəddafinin üzərində beynəlxalq təsir gücləndikcə onun ölkəni tərk etmək istədiyi təqdirdə hara üz tutacağı ehtimal olunur. "The Guardian" qəzetinin xəbərinə görə, NATO gücləri Qəddafinin Beynəlxalq Cəza Məhkəməsinə tərəf olmayan ölkələrə qaçmasına qarşı çıxmayacaq. Bu ölkələr Belarus, Zimbabve və ya Sudan ola bilər. Müxaliflərin qurduğu iclasda belə qərara gəlinib ki, Müəmmar və oğulları ölkəni tərk etməyincə yeni hökumətin qurulmasından söhbət belə gedə bilməz. Qəddafi rejiminin iqtidarı tərk etməsi üçün onu məhkəmə qarşısında mühakimə olunmayacağına inandırmaq lazım gəlir.

Qəddafi ölkəni tərk etməyincə yeni hökumətin qurulmasından söhbət belə gedə bilməz. Çünki "iki qoçun başı bir qazanda qaynamaz".

Günel Həbib

O.M.