İŞİD 82 yaşlı məşhur alimin başını kəsdi

İŞİD 82 yaşlı məşhur alimin başını kəsdi

19 Avqust 2015 14:34
Bəyəndim (0) Bəyənmədim (0)

"İslam dövləti" terror qruplaşmasının (İŞİD) yaraqlıları Suriyanın qədim Palmir şəhərində tanınmış araşdırmaçı və arxeoloq, şəhərdə olan tarixi memarlıq kompleksinin direktoru Xaled Asaadı öldürüblər.

TASS xəbər verir ki, bu barədə Suriyanın Muzeylər departamentinin direktoru Maamun Abdel Kərim məlumat verib. "Palmirin və tarixin inkişafına böyük töhvə vermiş bu cür alimin başının kəsilməsini təsəvvür etmək çətindir", - Abdel Kərim deyib.

Xaled Asaad 82 yaşında öldürülüb. Ömrünün 50 ilini o, Palmirin tarixi memarlıq kompleksinin araşdırılmasına həsr edib.

Məlumata əsasən, Abdel Kərim təqribən bir ay əvvəl əsir götürülüb.

Mediainfo.az