Prezident qardaşını öpdü, sonra basdırdı
Əfqanıstanda sui-qəsdlə öldürülən prezidentin ögey qardaşı Əhməd Vəli Karzai dəfn olundu. Karz kəndində təşkil olunan tədbirə qatılan ölkə prezidenti Həmid Karzai göz yaşlarına hakim ola bilmədi. Qardaşını öpərək torpağa verən lider uzun müddət özünə gələ bilmədi, gözlərini məzardan ayırmadı. Həm havada, həm də torpaqda ətdən divar hörülən dəfn mərasiminə ölkənin dövlət məmurları ilə yanaşı 10 minlərlə vətəndaş qatıldı. Əfqanıstanın şimalında ən tanınmış şəxslərdən olan Əhməd Vəli Karzai evində cangüdəni tərəfindən öldürülmüşdü. Sərdar Məhəmmədin nəyə görə belə bir işə qol qoyduğu isə hələ ki, müəmmalıdır.
Cangüdən onun canını güdürmüş ki, alsın...
Günel Həbib
O.M.
Digər xəbərlər