Först-ledilər bir yerdə toplaşdılar

Först-ledilər bir yerdə toplaşdılar

14 İyul 2011 13:09
Bəyəndim (0) Bəyənmədim (0)

Amerikanın sabiq prezidenti Cerald Fordun həyat yoldaşının dəfn mərasimində först-ledilər də startda dayanmışdılar. 8 iyulda vəfat edən 93 yaşlı Beti Ford üçün Kaliforniyanın "Marqarets Episkopal" kilsəsində düzənlənən tədbir sanki xanımların keçidinə bənzəyirdi. ABŞ-ın hazırkı först-ledisindən tutmuş digər ledilərə kimi - Hillari Klinton, Nensi Reyqan ve Rozalin Karter də onun üçün yas tutdu. Onu da xatırladaq ki, Corc Buşu da zaldakıların arasında görmək mümkün idi. Bu gün mərhumun dəfn mərasiminin ikinci günü olacaq. O, 2006-cı ildə ölən ərinin yanında dəfn ediləcək.

Mərhumun 3-ü verilsə də, 7 və 40 mərasimi olmayacaq. İqtisadi böhrandır axı...

Günel Həbib

O.M.