Tacikistan-Qırğızıstan sərhədində incident: 15 yaralı

Tacikistan-Qırğızıstan sərhədində incident: 15 yaralı

5 Avqust 2015 15:21
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan və Qırğızıstanın sərhəd xidmətləri sərhədyanı bölgələrdə yaşayan sakinlər arasında baş verən toqquşmalarla bağlı gücləndirilmiş iş rejiminə keçib.

BBC- nin verdiyi xəbərə görə, toqquşmalar nəticəsində hər iki tərəfdən azı 15 nəfər xəsarət alıb.

Versiyalardan birinə görə, qırğız kəndliləri tacik kəndlərinə gedən suyun qarşısını kəsiblər. Buna cavab olaraq tacik kəndliləri Tacikistan ərazisində qırğız qəbiristanlığına gedən yolu bağlayıblar. Münaqişə tərəflərin bir-birinə daş atması ilə davam edib. Davaya hər iki tərəfdən 200 nəfər qatılıb.

Tacikistan sərhədçilərinin yaydığı rəsmi məlumatda isə Qırğızıstan vətəndaşlarının "Molotov kokteyli" və ov tüfənglərindən istifadə etdiyi deyilir. Nəticədə, 7 tacik güllə yarası alıb, onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda əraziyə Daxili İşlər Nazirliyinin əlavə qüvvələri və sərhədçilər cəlb olunub. Lakin vəziyyəti nəzarətə götürmək mümkün olmayıb.

Sərhədin nəzarət-keçid məntəqələri adi rejimdə çalışır. Hər iki dövlətin xüsusi dövlət komissiyaları münaqişənin baş vermə səbəblərini araşdırır.

Münaqişəyə son qoyulması istiqamətində yerli sakinlərlə danışıqlar davam etdirilir.

Mediainfo.az