Bu cür Səhiyyə naziri olar?
İspaniyanın Səhiyyə naziri Leire Pajinin dənizdə bikini ilə görüntülənməsi ölkədə müzakirə və mübahisələrə yol açıb. Vəzifəsinin başına keçdiyində, "Məqsədim piyli, kök uşaqların sayını azaltmaq olacaq", - deyən Leire kilolarına görə özü tənqid atəşinə tutuldu. Yerli mətbu orqanlarında bu səbəbdən "Özünə baxsın", "Bu cür Səhiyyə naziri olar?" "Səhiyyə naziridir, ancaq sağlam deyil" başlıqlı xəbərlər yer aldı. Xəbərləri cavabsız qoymayan Leire Paji isə qadın olduğu üçün bu tənqidlərə məruz qaldığını söylədi: "Bütün bunlar bir qadına qarşı olan birlikdir. Mənim fiziki görünüşümə deyil, gördüyüm işlərə görə müzakirə etməlidirlər. Dəyişməyi və arıqlamağı heç düşünmürəm də".
Səhiyyə Nazirliyi xəbərdarlıq edir, vəzifədə qalmaq sağlamlığınıza ziyandır.
Günel Həbib
O.M.