“ABŞ xuliqanlıq edir”

“ABŞ xuliqanlıq edir”

12 İyul 2011 11:59
647
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın baş naziri Vladimir Putin ABŞ-ın öz büdcə problemlərini əlavə valyuta emissiyası hesabına həll etmək cəhdlərini xuliqanlıq adlandırıb. "APA-ECONOMICS"in xəbərinə görə, baş nazir bu bəyanatı Rusiya Elmlər Akademiyasının iqtisadçıları ilə görüşündə səsləndirib. "Biz xoşbəxtlikdən və ya bədbəxtlikdən ehtiyat valyuta çap edə bilmirik. Bəs onlar neyləyirlər? Sadəcə, xuliqanlıq edirlər - öz problemlərini həll etmək üçün dəzgahın düyməsini basıb pul çap edir və bütün dünyaya yayırlar" - deyə V.Putin qeyd edib. Onun sözlərinə görə, ABŞ pul çap etmək sahəsində "inhisarçılığından" tam gücü ilə istifadə edir: "Rusiya sərt büdcə intizamını qorumağa borcludur. Biz sizinlə qarşımızda duran problemləri defisit hesabına həll etməyi çətin ki, özümüzə layiq bilək".

Düz deyiblər, pişiyin ağzı ətə çatmayanda deyir ki, iy verir.

Tofiq Əliyev

O.M.