Doğum öncəsi son tətillərinə çıxdılar

Doğum öncəsi son tətillərinə çıxdılar

11 İyul 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)

6 aylıq hamilə olan Fransanın först-ledisi Karla Bruni həyat yoldaşı ilə getdiyi tətildə bikini ilə görüntüləndi. İrəliləyən hamiləliyinə rəğmən onun gözəlliyindən heç nəyin əskik olmadığı ortaya çıxdı. İl sonunda uşağını dünyaya gətirməyə hazırlaşan Karla Nikola Sarkozi ilə son tətillərinə yollandılar. Onlar Fransanın şimalındakı Fort de Breqanson bölgəsində yerləşən prezident bağını seçdilər. Hamiləliyi rəsmi olaraq açıqlanmasa da, Bruninin böyüyən qarnı bu barədə hər hansı şərhə ehtiyac qoymur. Prezidentlə 3 ildir evli olan Karlanın yalnız qarın bölgəsinin böyüdüyünü, ondan savayı heç bir kilo almadığı görüldü. Qara rəngli şort, ağ rəngli futbolka geyinən Sarkozi tətil çərçivəsində xanımına qarşı centlmenliyini hər an göstərdi. Fransız mediasına görə, eks maniken əkizlərin yolunu gözləyir.

Fransızların qadınları hamilə ikən incə olduqları halda bizim bəzi qadınlar, eləcə də kişilər 9 aylıq görünürlər. Gəlin pəhriz saxlayaq...

Günel Həbib

O.M.