Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməyib

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməyib

1 İyul 2015 13:43
Bəyəndim (0) Bəyənmədim (0)

Finlandiya Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə viza verməkdən imtina edib.

Bunu Finlandiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Vesa Hyakinen deyib.

O bunu rusiyalı siyasətçinin Aİ-nın sanksiya siyahısında olması ilə əlaqələndirib. "Yekun qərar qəbul olunanadək Aİ-nin digər ölkələri, Aİ və ATƏT rəhbərliyi ilə məsləhətləşdik", - deyə o vurğulayıb.

Diplomat onu da əlavə edib ki, Narışkinlə yanaşı daha 5 rusiyalıya Finlandiyaya giriş yasaqlanıb.

Qeyd edək ki, Narışkin iyulun 5-dən 9-dək Helsinkidə keçiriləcək ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək niyyətində olub. (apa)

Mediainfo.az