Avroqrup: Yunanıstanın təkliflərinə referendumdan sonra baxılacaq

Avroqrup: Yunanıstanın təkliflərinə referendumdan sonra baxılacaq

1 İyul 2015 00:51
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq institutlar Yunanıstanın təkliflərini yalnız referendumdan sonra dəyərləndirə bilər.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avroqrupun sədri Yerun Deysselblum bəyan edib.

Onun sözlərinə görə, iyulun 1-də, növbəti fövqəladə telekonfrans zamanı Yunanıstanın baş naziri Aleksis Tsiprasın müraciətinə baxılacaq.

Qeyd edək ki, iyulun 5-də Yunanıstanda beynəlxalq kreditorlarla razılaşmaya dair referendum keçiriləcək.

Yunanıstan hökuməti ölkə büdcəsi 2010 və 2012-ci illərdə defoltdan xilas olunduqdan sonra 240 mlrd. avro məbləğində yaranmış borcun nizamlanması ilə bağlı Aİ və Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparır.

Mediainfo.az