Liviya üsyançıları peşman olublar

Liviya üsyançıları peşman olublar

4 İyul 2011 17:52
Bəyəndim (0) Bəyənmədim (0)

"Russia Today" telekanalına müsahibə verən amerikalı jurnalist Ueyn Medsen maraqlı açıqlama edib. O, bildirib ki, Liviyada üsyançılar artıq Müəmmar Qəddafinin tərəfinə keçməyə başlayıblar: "Elə üsyançılar var ki, artıq Qəddafinin tərəfinə keçir. Biz NATO-nun üsyançılara endirdiyi zərbələr haqda xəbərlər eşitmişik. Bəzi məlumatlara görə isə bu üsyançılar Qəddafiyə qoşulmaq üçün Tripoliyə geri qayıdırlar. Qəddafi həmin insanlara aministiya verib",- deyə Ueyn Medsen əlavə edib. Bir neçə üsyançı ilə ünsiyyətdə olduğunu deyən Medsen bildirib ki, üsyançılar Qəddafi ilə daha xoşbəxt və yaxşı yaşadıqlarını etiraf edirlər: "Biz Qəddafi ilə xoşbəxt olmamışıq. Amma biz NATO və İtaliyada da daxil olmaqla, əvvəlki müstəmləkə dövlətlərin ona qarşı çıxdığını görəndə fikirləşdik ki, yaxşı, o diktatordur, biz 40 ildən də artıq birgə yaşamışıq, amma lənət şeytana o, axı liviyalı milliyyətçidir. Və Afrikada bizə ən yüksək yaşayış şəraitini ancaq Qəddafi yarada bilmişdi". Onun sözlərinə görə, qərb KİV-i Liviyada baş verənləri həqiqətə uyğun şəkildə işıqlandırmır.

Sonrakı peşmançılıq heç zaman fayda vermir.

Tofiq Əliyev

O.M.