Uorlik Nalbandyanla görüşdən danışıb

Uorlik Nalbandyanla görüşdən danışıb

30 Aprel 2015 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

"Münaqişənin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb"

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər.

Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu yazıb: "Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb".

Qeyd edək ki, bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur. Görüşlər Parisdə keçirilir. (apa)

Mediainfo.az