Son dəqiqə: Gürcüstan hökuməti tam tərkibdə istefa verdi

Son dəqiqə: Gürcüstan hökuməti tam tərkibdə istefa verdi

29 Aprel 2015 16:59
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın idman və gənclər naziri Levan Kipiani istefa verdikdən sonra bu ölkənin Nazirlər Kabineti avtomatik olaraq, tam tərkibdə istefaya gedib.

Avropa.info xəbər verir ki, L.Kipiani istefaya gedən yeddinci nazir olub. Gürcüstan Konstitusiyasına uyğun olaraq, 20 nazirin 1/3-i istefa verərsə, hökumət etibarlılığını itirir. Ona görə də, mövcud hökumət parlament tərəfindən yenidən təsdiq olunması üçün tam tərkibdə istefaya getməlidir.

Parlamentin sədri David Usupaşvili bildirib ki, Konstitusiyaya uyğun olaraq, yeni nazirlərin təyinatı hazırda fəaliyyətdə olan baş nazirə aiddir.

Hakim siyasi koalisiya olan "Gürcüstan arzusu" parlamentdə böyük çoxluğa malikdir. Ehtimal ki, mövcud hökumət yenidən parlamentin etimadını qazanacaq.

Müxalifət isə siyasi böhranın bütün məsuliyyətini Gürcüstanı qeyri-formal olaraq, idarə edən keçmiş baş nazir və milyarder Bdzina İvanişvilinin üzərinə qoyub.

Mediainfo.az