Səudiyyə Ərəbistanının vəliəhdi dəyişdi

Səudiyyə Ərəbistanının vəliəhdi dəyişdi

29 Aprel 2015 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanının kralı Səlman vəliəhdi olan Əbdüləzizi öz istəyi ilə vəzifədən azad edərək onun yerinə qardaşı oğlu Naif ibn Əbdüləzizi təyin etib.

Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanının televiziyasının yaydığı xəbərdə kralı Səlman ibn Əbdüləzizin oğlu şahzadə Məhəmməd ibn Səlmanın da Məhəmməd ibn Naifin yerinə ikinci vəliəhd olaraq təyin edildiyi bildirilir.

Xəbərdə həmçinin səhhətinin pis olması səbəbilə vəzifəsindən ayrılmaq istəyən xarici işlər naziri şahzadə Səud əl-Feysalın yerinə Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Adil əl-Cübeyrin təyin edildiyi bildirilir.

Səhiyyə nazirliyinə Xalid ibn Əbdüləziz əl-Fəlihin, əmək nazirliyinə Adil Fəqihin yerinə Mufric əl-Hikbaninin, iqtisadiyyat və planlaşdırma naziri Məhəmməd əl-Casirin yerinə Adil Fəqihin təyin edildiyi bildirilir.

Mediainfo.az