Nazir aprelin 30-da Parisdə hәmsәdrlәrlә görüşәcәk

Nazir aprelin 30-da Parisdə hәmsәdrlәrlә görüşәcәk

28 Aprel 2015 14:23
Bəyəndim (0) Bəyənmədim (0)

Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov aprelin 30-da ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri ilә görüşәcәk.

Apa-nın mәlumatına görә, bu barәdә E. Məmmədyarov belçikalı hәmkarı Didye Reynderslә görüşdәn sonra keçirilən mәtbuat konfransında deyib.

Nazirin sözlərinə görә, görüş Parisdә baş tutacaq.

Qeyd edək ki, həmsədrlərin aprelin 29-da Parisdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla da görüşü nəzərdə tutulur.

Mediainfo.az