Nalbandyan aprelin 29-da həmsədrlərlə görüşəcək

Nalbandyan aprelin 29-da həmsədrlərlə görüşəcək

27 Aprel 2015 16:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan aprelin 29-da ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşəcək. Apa-nın "Novosti-Armenia" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ermənistanlı nazir belçikalı həmkarı Didye Reynderslə keçirdiyi mətbuat konfransında bildirib.

İlkin məlumata görə, görüş Parisdə baş tutacaq.

E. Nalbandyan həmçinin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinə alternativ variant yoxdur

Mediainfo.az