“Boko Haram”  adını dəyişib

“Boko Haram” adını dəyişib

27 Aprel 2015 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriya və qonşu ölkələrdə fəaliyyət göstərən "Boko Haram" terrorçu qruplaşması adını dəyişib. APA-nın "The İndependent" nəşrinə istinadən verdiyi məlumata görə, bundan sonra qruplaşma "İslam dövlətinin Qərbi Afrika əyaləti" adlanacaq.

"Boko Haram" terrorçuları qruplaşmasının adının dəyişdirilməsini Karamqa adasına hücumla qeyd ediblər. Həmin adada Niger ordusunun bazası yerləşir. Hücum zamanı Niger hərbçilərinin ciddi itkilər verdiyi bildirilir.

Mediainfo.az