Azad Rəhimov Londonda rəsmi səfərdədir

Azad Rəhimov Londonda rəsmi səfərdədir

27 Aprel 2015 15:10
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün keçiriləcək Bakı 2015 Avropa oyunlarının Londonda təqdimatı məqsədi ilə gənclər və idman naziri Azad Rəhimovun bu şəhərə rəsmi səfəri başlayıb.

Londonun məşhur "The Dorchester Hotel" ində baş tutacaq qala gecədə nazir Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Britaniya Olimpiya Assosiasiyasının rəhbəri Lord Sebastian Coenin çıxışları nəzərdə tutulub.

Təqdimat mərasimi çərçivəsində qonaqlara Bakı-2015 Avropa oyunlarına hazırlıqla bağlı video çarx nümayiş olunacaq.

Eyni zamanda qonaqlara konsert proqramı və Azərbaycan tarixini,mədəniyyətini və digər dəyərlərini özündə əks etdirən fotosərgi də təqdim olunacaq.

Mediainfo.az