Belçikanın Xarici İşlər naziri Azərbaycana gəlir

Belçikanın Xarici İşlər naziri Azərbaycana gəlir

27 Aprel 2015 14:50
Bəyəndim (0) Bəyənmədim (0)

Bu axşam Belçika baş nazirinin müavini, xarici işlər naziri Didye Reyndersin Azərbaycana səfəri başlayır. Bu barədə Apa-ya Belçika XİN -dən məlumat verilib.

Səfər aprelin 29-na kimi davam edəcək. D. Reynders səfəri çərçivəsində bir sıra rəsmi görüşlər keçirəcək.

Belçikalı nazir Azərbaycandan əvvəl Ermənistana səfər edib. Xatırladaq ki, bu ilin əvvəlindən Belçika 6 ay müddətinə Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həyata keçirir.

Mediainfo.az