Nursultan Nazarbayev yenidən prezident seçildi

Nursultan Nazarbayev yenidən prezident seçildi

27 Aprel 2015 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 26-da Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində sensasiya baş verməyib. Hazırkı dövlət başçısı Nursultan Nazarbayev 97,7% səs toplayaraq öz vəzifəsində qalıb.

Kommunist Turqun Sızdıkov 1,6%, müstəqil namizəd Abelqazi Kusainov isə 0,7% səs alıblar. Səsvermədə seçicilərin 95,22%-i iştirak edib. Yekun rəsmi nəticələr mayın 3-dən gec olmayaraq açıqlanacaq. Qeyd edək ki, prezident seçkiləri əslində 2016-cı ildə keçirilməli idi. Lakin həmin il ölkədə parlament seçkiləri də keçiriləcəyindən, iki seçkinin üst-üstə düşməməsi üçün prezident seçkilərini 1 il erkən keçirmək qərara alınıb.

Mediainfo.az