
İsrail müharibəyə hazırlaşır
ABŞ Yaxın Şərqdəki ən yaxın müttəfiqi olan İsrailə bölgədəki hərbi üstünlüyü saxlamağa kömək etmək istəyir. ANS PRESS xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Con Bayden bildirib. O deyib ki, Birləşmiş Ştatlar 2016-cı ildə İsrailə beşinci yeni nəsil F-35 qırıcı təyyarələr verəcək. Bu addım ABŞ-ın öz müttəfiqinə Yaxın Şərqdə hərbi üstünlüyü saxlamağa kömək etmək üçün atılacaq. Vitse-prezident vurğulayıb ki, F-35 ən yaxşı təyyarədir. Yaxın Şərqdə təkcə İsraildə beşinci nəsil qırıcılar olacaq. Biz növbəti ildə F-35-i İsrailə çatdıracağıq.
Xatırladaq, İsrail 2010-cu ildə 19 ədəd F-35 qırıcı təyyarə almaq barədə razılıq əldə edib. Bu ilin fevralında isə daha 14 təyyarənin alınması barədə ABŞ ilə müqavilə imzalayıb.
Mediainfo.az