Qazaxıstan səfirliyində seçki məntəqəsi yaradılacaq

Qazaxıstan səfirliyində seçki məntəqəsi yaradılacaq

23 Aprel 2015 14:08
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları Qazaxıstanda aprelin 26-da keçiriləcək növbədənkənar prezident seçkilərində səs verə biləcəklər.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən Apa-ya verilən məlumata görə, bu məqsədlə səfirlikdə seçki məntəqəsi yaradılacaq.

Seçki məntəqəsi aprelin 26-da səhər saat 07.00-dan axşam saat 20.00-dək fəaliyyət göstərəcək.

Mediainfo.az