
BMT baş katibi Pan Gi Mun erməni və türk xalqlarına müraciət etdi
BMT baş katibi Pan Gi Mun erməni və türk xalqlarına müraciət edərək onları Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün əllərindən gələni etməyə çağırıb.
Bunu brifinq zamanı BMT-nin mətbuat katibi Stefan Dujarik deyib.
Pan Gi Munun bəyanıtını səsləndirən S. Dujarik bildirib ki, BMT baş katibi 1915-ci ildə baş vermiş hadisələrin qiymətləndirilməsi ilə bağlı məsələnin kifayət qədər həssas olduğunu anlayır. "O əmindir ki, 1915-ci il hadisələri zamanı nə baş verdiyini anlamaq üçün faktların ortaya çıxarılması istiqamətində əməkdaşlığın davam etdirilməsi gələcəkdə bu kimi dəhşətli cinayətlərin törədilməsinin qarşısını almaq üçün səylərimizi möhkəmləndirə bilər", - deyə S. Dujark qeyd edib.
BMT rəsmisi həmçinin Türkiyə baş naziri Əhməd Davudoğlunun "erməni soyqırımı" ilə bağlı çıxışını uzaqgörənlik kimi qiymətləndirib.
Mediainfo.az